RU

Bakıda altı dönərxananın fəaliyyəti məhdudlaşdırıldı

Bakı. Trend:

Bakıda qanunvericiliyin tələblərini pozan bir neçə dönərxananınfəaliyyəti məhdudlaşdırılıb.

Trend xəbər verir ki, bubarədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, agentliyinin əməkdaşları tərəfindən istehlakbazarına nəzarət məqsədilə ictimai iaşə obyektlərində keçirilənmonitorinqlər zamanı Bakıda fəaliyyət göstərən bir sıradönərxanalarda qida təhlükəsizliyi sahəsində normativ hüquqiaktların tələblərinin pozulduğu, sanitariya-gigiyena norma vəqaydalarına əməl olunmadığı aşkarlanıb.

Yoxlama zamanı bəzi dönərxanaların qida təhlükəsizliyiqeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub.

Qeyd olunub ki, bunlar Yasamal rayonu, H.Cavid prospekti vəA.Sultanova küçəsinin kəsişməsində yerləşən "Kasap Dönər" MMC-yəməxsus “Kasap Dönər”, Nizami rayonu, “Xalqlar dostluğu”metrostansiyasının çıxışında yerləşən, fiziki şəxs Sadıqov FaiqXudaverdi oğluna məxsus “Dadlı”, həmin rayonun Q.Qarayev prospekti28 ünvanında yerləşən, fiziki şəxs Şəmiyev Taleh Mübariz oğlunaməxsus “Pomidor” və Q.Qarayev prospektində yerləşən, fiziki şəxsƏhmədov Elməddin Mütəllib oğluna məxsus “Halal Dönər”, Binəqədirayonu, S.S.Axundov küçəsi, ev 2 ünvanında yerləşən, fiziki şəxsSalmanov Tariyel Hafiz oğluna məxsus “Tatti” və həmin rayondaS.S.Axundov küçəsi, ev 2 ünvanında yerləşən, fiziki şəxs QuliyevMehdi Kərim oğluna məxsus dönərxanalarıdır.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərgörülərək iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb.

Избранный
114
5
az.trend.az

10Источники