RU

Simonyan: "Delimitasiya komissiyalarının reqlamenti ən böyük qələbədir"

Ermənistan Parlamentinin sədri Alen Simonyan delimitasiya komissiyalarının reqlamentinin mövcudluğunu həm Azərbaycanın, həm də öz ölkəsinin ən böyük qələbəsi hesab edir.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

"Bu, ikitərəfli qələbədir, bu, Ermənistan və Azərbaycan arasında ilk dövlətlərarası sənəddir, onun həyata keçirilməsi iki ölkənin müstəqilliyi və ərazi bütövlüyünün ən mühüm təməl daşlarından biridir", - deyə o, jurnalistlərə bildirib.

Alen Simonyan ümid edir ki, Ermənistan və Azərbaycan arasında bu məsələdə müsbət proses baş verəcək.

O bildirib ki, hazırda delimitasiyanın haradan davam etdirilməsi barədə qərar yoxdur.


Müəllif: Teleqraf.com
Избранный
52
6
teleqraf.com

10Источники