RU

Qazaxıstan və Rusiya sərhədlə bağlı danışıqlar aparıb

Almatıda Qazaxıstan-Rusiya Birgə Demarkasiya Komissiyasının növbəti iclası keçirilib.

AZƏRTAC Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüş zamanı iştirakçılar dövlət sərhədinin onun müxtəlif sahələrində müəyyən edilməsi ilə bağlı kompleks məsələlərə baxıblar.

Tərəflər yekun demarkasiya sənədlərinin müvafiq layihələrini, habelə Qazaxıstan-Rusiya Birgə Demarkasiya Komissiyasının və 2025-ci il üçün kameral işlərinin cədvəl-planlarını təsdiqləyiblər.

Komissiya nümayəndələrinin növbəti iclası 2024-cü ilin dekabrına planlaşdırılıb və Rusiya Federasiyasının ərazisində keçiriləcək.

Избранный
40
yeniazerbaycan.com

1Источники