RU

Məşhur müğənni borclarına görə qalan son evini satır

Məşhur müğənni borclarına görə qalan son evini satırUzun illər qumar aludəliyi ilə tanınan və bu səbəbdən sərvətini itirən Serdar Ortaç bir müddət əvvəl 15 milyon TL borcunu ödədiyini açıqlamışdı.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, "Pul bitdi, bütün qazancımı yedim" deyən Serdar Ortaç, "Bu işdən 1 lirə qazana bilməzsən. Çox pul itirdim, rəqəm deyə bilmərəm, 10-15" Evlərin hamısı getdi, hər yerdə var idi, Əli Sami Yen stadionunun yanında 11 mərtəbəli bir göydələnim var idi." - dedi.

Yalnız yaşadığı evin əlində olduğunu deyən Serdar Ortaç hələ də borclarının olduğunu bildirib. Borclarını ödəyə bilməyən Ortaçın son əmlakını satışa çıxardığı iddia edilir. İllərdir Sarıyerdə dəbdəbəli bir villada yaşayan məşhur müğənni evini 10 milyon dollara (340 milyon lirə) satışa çıxarıb.

Vüsalə İbrahimli

Избранный
34
sonxeber.az

1Источники