RU

“Mən öz “Qızıl top”umu iyunun 1-də qazanmışam” - Ançelotti

style='margin-bottom:10px;'>

“Real”ın baş məşqçisi Karlo Ançelotti “Qızıl top”un təqdimetmə mərasimində 2024-cü ilin ən yaxşı məşqçisi seçilməsinə münasibət bildirib. 

QOL.az RMC Sport-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis bildirib ki, o, öz “Qızıl top”unu daha öncədən qazanıb:

“Təbii ki, ilin ən yaxşısı seçildiyim üçün xoşbəxtəm. “Qızıl top” artıq təqdim edilib və biz bütün qalibləri təbrik etməliyik. Mən öz “Qızıl top”umu iyunun 1-də, Çempionlar Liqasının qalibi olanda qazanmışdım”. 

Xatırladaq ki, Ançelotti ilin ən yaxşı məşqçisi nominasiyasında Xabi Alonso (“Bayer”), Xosep Qvardiola (“Mançester Siti”), Luis de la Fuente (İspaniya millisi) və Lionel Skalonini (Argentina millisi) qabaqlayıb.   

Избранный
29
teleqraf.com

1Источники