RU

A Seriyası: “Latsio” evdə, “Cenoa” səfərdə sevindi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 11-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.

“Empoli” doğma meydanda “Komo”ya tək qolla qalib gəlib. “Parma” – “Cenoa” matçının da taleyini bir qol həll edib. Amma bu oyunda qonaqlar qələbəni bayram ediblər.

Üç qolun qeydə alındığı “Latsio” – “Kalyari” matçında sevinən tərəf paytaxt təmsilçisi olub.

Beləliklə, 11 turdan sonra 25 xal toplamış “Napoli” vahid liderdir. “İnter” 24 xalla ikinci pillədə qərarlaşıb. “Atalanta”, “Fiorentina” və “Latsio” 22, “Yuventus” 21, “Milan” 17, “Udineze” 16, “Bolonya” 15, “Torino” və “Empoli” 14, “Roma” 13, “Verona” 12 xal toplayıblar. “Parma”, “Komo”, “Kalyari” və “Cenoa”nın 9, “Montsa”, “Venesiya” və “Leççe”nin isə 8 xalı var.

İtaliya, A Seriyası
11-ci tur
2 noyabr

Bolonya – Leççe 1:0
Qol: Orsolini, 85.

Udineze – Yuventus 0:2
Qollar: Okoye, 19-öz qapısına. Savona, 37.

Montsa – Milan 0:1
Qol: Reynders, 43.

3 noyabr

Napoli – Atalanta 0:3
Qollar: Lukman, 10; 31. Reteqi, 90+2.

Torino – Fiorentina 0:1
Qol: M.Kin, 41.

Verona – Roma 3:2
Qollar: Tengstedt, 13. Manyani, 3. Harrui, 88 – Sule, 28. Dovbik, 53.

İnter – Venetsiya 1:0
Qol: Lautaro Martines, 65.

4 noyabr

Empoli – Komo 1:0
Qol: Pelleqri, 47.

Parma – Cenoa 0:1
Qol: Pinamonti, 79.

Latsio – Kalyari 2:1
Qollar: Dia, 2. Zakkayni, 75 – Luvumbo, 41.

Избранный
61
1
arena.az

2Источники