RU

"Counter Strike" və GTA oyunları qadağan edilir

Tacikistan Daxili İşlər Nazirliyi məşhur "Counter Strike" və "Grand Theft Auto" (GTA) video oyunlarını qadağan etməyi təklif edib.

 

Modern.az xəbər verir ki, bu barədə "RİA Novosti" nazirliyin mətbuat xidmətinə istinadən məlumat yayıb.

 

Nazirlik oyunlarda zorakılıq elementləri olduğunu bildirib.

 

"Video oyunlara girişin məhdudlaşdırılması üçün yoxlamalar və reydlər keçirəcək, kompüter mərkəzlərinin sahiblərini "Counter Strike" və "Grand Theft Auto" kimi zorakılıq elementləri olan video oyunlara girişi məhdudlaşdırmağa çağıracaq", - məlumatda deyilir.

 

Tacikistanın Mədəniyyət Nazirliyi iddia edir ki, bu oyunlar ölkənin mədəni və əxlaqi normalarına ziddir və bu, gənclərin davranışlarına mənfi təsir göstərir

Избранный
42
modern.az

1Источники