Hindistanın cənubunda yerləşən Tamil Nadu əyalətində Kamala Harrisin ana əcdadlarının gəldiyi Tulasendrapuram kəndinin sakinləri ABŞ vitse-prezidentinin prezident seçkilərində uğur qazanması üçün dualar oxuyacaqlar.
Bu barədə Hindistanın NDTV telekanalı məlumat yayıb.
"Çərşənbə axşamı səhər məbəddə xüsusi dua olacaq. Qalib gəlsə, bayram olacaq.", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, məbəddə Harrisin və babasının adları daşa həkk olunub. Çöl tərəfdə “yerin qızı” adlandırılan Harrisə seçkilərdə uğurlar arzulayan böyük pankart var.
Bütün yerli sakinlər onun ABŞ tarixində bu vəzifəni tutan ilk qadın prezident və bu vəzifəni tutan Cənubi Asiya mənşəli ilk şəxs olacağına inanırlar.
Qeyd edək ki, dörd il bundan əvvəl də Vaşinqtondan 13 000 km məsafədə yerləşən Tulasendrapuram kəndinin sakinləri Harrisin vitse-prezident kimi qələbəsinə bayram şənlikləri təşkil etmişdilər.
APA