RU

La Liqa rəhbərliyi "Barselona" - "Atletiko" matçının ABŞ-də keçirilməsindən imtina edib

İspaniya La Liqasının rəhbərliyi "Barselona" - "Atletiko" matçının Mayamidə (ABŞ) keçirilməsi ideyasından imtina edib.

"Far.Az" "Diario Sport"a istinadən xəbər verir ki, İspaniya çempionatının XVIII turunun oyununun dekabrın 22-də Mayamidə keçirilməsi planlaşdırılmışdı.

Lakin qarşılaşmanın Kataloniya paytaxtında təşkilinə qərar verilib.

La Liqanın prezidenti Xavyer Tebas ölkədə baş verən faciə fonunda İspaniya çempionatı matçlarının ABŞ-də keçirilməsinin düzgün olmadığını söyləyib. Bununla yanaşı, rəhbərlik 2025-ci ildə ABŞ-də oyun keçirməyi istisna etmir.

Qeyd edək ki, İspaniyanın cənub-şərqində güclü leysan yağışları daşqınlara yol açıb. Son məlumatlara görə, nəticədə 200-dən çox insan həlak olub, minlərlə ev dağılıb.

Избранный
38
far.az

1Источники