RU

Hacı Zeynalabdin Şirvani

İsa oğlu Məhəmməd Qarakilsəli

Azərbaycanlı məşhur təhqiqatçı və coğrafiyaşünas alim Zeynalabdin Şirvani ömrünün 40 ilini səyahətə həsr etmişdir. Onun yolu Asiyanın və Afrikanın müxtəlif ölkələrindən, Əfqanıstanın Hindiquş dağından, Qaraqum səhrasından, Ərəbistanın və Misirin günəşlə yandırılmış qumlu səhrasından, Hindistanın çox isti olan tropik meşələrindən, 60 min km-dən çox məsafəni əhatə edirdi. Bu yolun uzunluğu ekvator çərçivəsindən 1,5 dəfə çoxdur.

Hacı Zeynalabdin İsgəndər oğlu Şirvani 16 avqust 1780-ci ildə Azərbaycanın o vaxt elm və mədəniyyət mərkəzi olan Şamaxı şəhərində anadan olmuşdur. Dağlıq Bədəşxan ölkəsinin sultanı Məhəmməd Sufi ilə söhbət edərkən Zeynalabdin özünün şamaxılı olduğunu demişdi. Atası İskəndər məşhur alim, axund və ruhanilərin görkəmli nümayəndəsi idi. 1876-cı ildə Zeynalabdinin 5 yaşı olanda atası axund İskəndər ailəsi ilə Kərbəla şəhərinə köçdü. Gələcək səyahətçinin atası mədrəsədə müəllimliklə məşğul olmağa başladı. Zeynalabdin Kərbəlada 12 il təhsil aldı. Əsasən dini mövzuya üstünlük verirdi və bir neçə yeni dil öyrənməyə başladı. Zeynalabdin öz doğma Azərbaycan dilindən başqa ərəb, fars, türk, türkmən dillərini də bilirdi. Sonradan başqa dillər də öyrənməyə başladı. Hind dilində sərbəst danışırdı.

1796-cı ildə Zeynalabdin təhsilini artırmaq üçün Bağdad şəhərinə gedir. Bağdad şəhəri həmin dövrdə müsəlman Şərqinin ən görkəmli mədəniyyət mərkəzi idi. Zeynalabdin ədəbiyyatsahəsində ən görkəmli xadimlərin əsərləri ilə tanış olur. Zeynalabdin yalnız ilahiyyətçilərlə söhbət etmirdi, səyahət etmiş dərvişlərin, zəvvarların danışdıqları hadisələr gənc Zeynalabdində coşğun həvəs yaratdı. Az müddətdə qaldığı Bağdad şəhərini tərk etdi və yola düşdü. Uzunluğu 60 min kilometr olan məsafəni 40 ilə gəzdi.

Zeynalabdin öz səyahətini üç hissəyə bölmüşdü. “Bustan” səyahət kitabında gəzdiyi ölkələrin adını bir-bir sayır: Bağdad, İraq, Əcəm, Gilyan, Şirvan, Muğan, Mil, Talış, Cənubi Azərbaycan, Xorasan, Kabul, Benqal, dağ aşırımları ilə Kəşmir, Müzəffər və Xorasanın dağları...

Uzun sürməyən dincəlməkdən sonra ikinci səyahəti Şirazdan başlayır, oradan dənizlə Bəndər-Abbas, Yəmən, Hadramut şəhəri, sonra Efiopiya, Sudan, Ərəbistan yarmadası, Ciddə, Mədinə və Məkkə şəhərlərinə, Nil çayı boyunca Misir və Yaxın Şərq, Şam, Diyarbəkir, Karaman və Aydın şəhərlərini gəzir.

Üçüncü səyahət Atlantik okeanı (Şərq coğrafiyaşünasları Atlantik okeanını “yaşıl dəniz” adlandırırdılar), “Bəxrə Axzar” adası,Rum eli (Osmanlı imperiyasınınAvropa hissəsində olan torpaqları belə adlandırırdı), Anadolu, Azərbaycan, Tehran, Həmədan, İsfahan, Kirman, Şiraz və Bağdadı əhatə edirdi.

Səyyahlıq illəri Zeynalabdinə şərəf gətirdi, görkəmli şəxslər onunla tanış olmaq istəyirdilər. İran şahı Fətəli şah ona aldadıcı təkliflər etsə də, Zeynalabdin azad yaşamağı seçdi. Ruhanilər onu “allahsız” adlandırırdılar. Şahın əmri ilə onu Şiraz şəhərindən qovdular. Dərbədər həyat başladı. Bu, Zeynalabdinin tərcümeyi-halında ən həyəcanlı illər idi.

Zeynalabdin ailəsi ilə Kirman şəhərinə getdi. Bu vilayətin rəhbəri də ruhanilərin tələbi ilə onu şəhərdən çıxartdılar. Zeynalabdini 3 ay müddətində dəhşətli şəraitdə saxladılar. Zeynalabdinin zövcəsi xəstələndi, onu Şiraz şəhərinə apardı. Oradan İsfahana gəldi. Yolda eşitdi ki, vəba xəstəliyi (epidemiya) başlayıb. Zeynalabdin təcili Şiraza qayıdıb ailəsi ilə Qumşa qəsəbəsində karvansarayda qalır.

Fətəli xanın oğlu Qasım qərara alır ki, Zeynalabdini öldürtsün. Vaxtı ilə mədrəsədə Zeynalabdinə dərs demiş, sözü keçən ilahiyyətçi alim Madzubalış təcili Qumşa qəsəbəsinə məktubla Şirvaniyə xəbər verir ki, təcili oranı tərk et. Onu axtaranlar onun zövcəsini tuturlar. Yenə ilahiyyətçi alim işə qarışır, Zeynalabdin ailəsi ilə Şiraz şəhərinə gəlir.

Zeynalabdin 1824-cü ildə Şiraz şəhərində güclü zələzlənin şahidi oldu. Şəhər tamam dağılmış, çox sayda insanlar qurban getmiş, yenə epidemiya, xolera xəstəliyi başlamışdı. Bu şəhərdə Zeynalabdinə dost olmayanlar ona sakit yaşamağa imkan vermirlər. Şiraz şəhərinin rəhbəri onu şəhərdən çıxarır. Dostları onu şəhərin ətrafında saxladılar.

Qeyd etmək lazımdır ki, Zeynalabdinin bütün təqibləri dindarlar tərəfindən edilmişdir. Əhalinin əksər təbəqəsi tərəfindən hörmət və şərəflə qarşılanırdı. Şirvani yazır ki, “37 il səyahət etdim, inanılmaz çətinliklərlə üzləşdim, dövlət başçıları ilə görüşdüm, cəmiyyətin bütün sahələri haqqında məlumat topladım”.

Onu da qeyd etmək lazımdır ki, 20 illik səyahətdən sonra 1821-1822-ci illərdə o, Qum şəhərində birinci kitabını, 30 illik səyahətdən sonra ikinci kitabını, 37 illik səyahətindən sonra üçüncü kitabını yazdı. Axırıncı kitabını yazdıqdan sonra 3 il yenə səyahət etdi.

Şirvaninin səyahəti 40 il davam etmişdir. Onun dəqiq hansı ayda və ildə öldüyü məlum deyildir. Ehtimala görə 1888-ci ildə vəfat etmişdir. Şirvani yalnız coğrafiyaşünas, tədqiqatçı alim deyildi, onun əsərlərində tarix elmi və xalqların maddi, mənəvi mədəniyyətlərini tədqiq edən, şərq xalqlarının fəlsəfəsi haqqında da çoxlu məlumat vardı. Şirvani həm də şair idi. Özünə “təmkin” təxəllüsünü götürmüşdü. Onun əsərləri Rusiya, Hindistan, İngiltərə, Fransa, Türkiyə, Əfqanıstan alimləri tərəfindən yüksək qiymətləndirilmişdir. Hindistanda və İndoneziyada onun adına muzey və kitabxana vardır. Səudiyyə Ərəbistanının Məkkə şəhərində “Coğrafiya Cəmiyyəti” onun adını daşıyır. İranın Şiraz şəhərində adına küçə vardır.

Bu məqalə “Yüz böyük səhayətçilər” kitabından tərcümə edilmişdir.

Избранный
15
turkustan.az

1Источники