RU

“İsrailin Livana hücumları beynəlxalq sistemi təhdid edir” - Ərdoğan

“İndi İsrailin Livana hücumları beynəlxalq sistemi təhdid edir”.

Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda keçirilən 'Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Altıncı Toplantısı'nda çıxış edərkən deyib.

O, bildirib ki, Fələstin probleminin həlli üçün səylərimizi davam etdirməyimiz vacibdir. 

“Mən Qırğızıstana İsrailə təzyiqi artırmaq üçün BMT də daxil olmaqla bizim çoxtərəfli təşəbbüslərimizə verdiyi dəstəyə görə təşəkkür edirəm”, - deyə Ərdoğan vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Избранный
34
missiya.az

1Источники