RU

Hizbullah və İslami Müqavimət Təşkilatından İsrailə ikiqat zərbə

Hizbullah

Hizbullah və İslami Müqavimət Təşkilatı İsrailin Fələstin və Livana hücumlarına cavab verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin “ensonhaber.com” saytı məlumat paylaşıb.

Məlumatda deyilir ki, Hizbullahın verdiyi açıqlamada Livanın Marun ər-Ras şəhəri yaxınlığında İsrail qüvvələrinə qarşı raket hücumu təşkil edildiyi bildirilib. Açıqlamada İsrailin Safed şəhərinin ardıcıl raket hücumları ilə hədəfə alındığı da qeyd olunub.

İslami Müqavimət Təşkilatı tərəfindən verilən digər açıqlamada Marun ər-Ras qəsəbəsinin cənub-qərb kənarında yerləşən İsrail əsgərlərinin raketlə vurulduğu qeyd edilib. Hücumlarla bağlı İsrail ordusundan heç bir açıqlama verilməyib.

Избранный
4
1
xalqcebhesi.az

2Источники