Şimali Koreya ən azı yeddi ballistik raket buraxıb. Yeniavaz.com FNN telekanalına istinadla xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Gen Nakatani jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, KXDR şimal-şərq istiqamətində ən azı yeddi qısa mənzilli ballistik raket buraxıb. Onların hamısı Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb. Raketlərin uçuş hündürlüyü təxminən 100 kilometr, uçuş məsafəsi isə 400 kilometrə qədər olub. Nakatani vurğulayıb ki, Yaponiya hökuməti diplomatik kanallar vasitəsilə KXDR-ə etiraz göndərib. O, raket buraxılışının bütün regionda sülh və sabitliyə təhlükə olduğunu qeyd edib.