RU

Azərbaycan birgəyaşayın, mədəni müxtəlifliyinin mövcud olduğu ölkədir - Məhəmməd Ayad

Bakı. Trend:

Azərbaycan birgəyaşayın, mədəni müxtəlifliyinin mövcud olduğuölkədir.

Trend xəbər verir ki, busözlər Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası(COP29) çərçivəsində noyabrın 5-də keçirilən "Dünya dinləri yaşılplanet uğrunda" mövzusunda Dünya dini liderlərinin qlobal BakıSammitinin açılış mərasimində Misir diyarının baş müftisi, nazirMəhəmməd Ayad deyib.

Tolerantlığın, müxtəlif mədəniyyətlərin mövcud olduğu Azərbaycankimi bir diyarda belə mühüm tədbirin təşkilinə görə təşəkkürünübildirən Məhəmməd Ayad qeyd edib: “İqlim dəyişikliyi ilə bağlıməsələlərdə səylərimizi birləşdirməliyik. Dinlər müqəddəs məzmununavə tarixinə əsasən insanları müharibəyə, terrora deyil, sülhə,əmin-amanlığa çağırır. Dinlər sivilizasiyaların toqquşmasınaqarşıdır. Yanlış nəzəriyyələr müharibələrə, ayrı-seçkiliyə, nifrətəgətirib çıxarır. Biz öz növbəmizdə, ədalətin güclənməsinəçağırışlar edirik. Bizim üzərimizə düşən əsas vəzifə odur ki,ədalətə çağırış etməklə məzlum xalqların üzərindən zülmügötürək”.

Məhəmməd Ayad, həmçinin bütün dinlərin nümayəndələrini birliyə,vəhdətə, əməkdaşlığı gücləndirməyə çağırıb. Deyib ki, bütün bunlarqısa müddətdə hədəfə çatmağa kömək edəcək.

Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlimDəyişikliyi Konfransı (COP 29) çərçivəsində AzərbaycanRespublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Diniqurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman AğsaqqallarŞurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramıtərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.

Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzludini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhərrəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünyamiqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri,ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət,elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakınəzərdə tutulur.

Избранный
46
az.trend.az

1Источники