RU

BP Türkiyədən çıxdı

Fins.az - BP, Türkiyədəki 111 illik fəaliyyətini sona yetirərək, ölkədəki yanacaq və terminal əməliyyatlarını “Petrol Ofisi”nə (PO) keçirdiyini açıqladı.

Şirkət, Türkiyə bazarında 770 yanacaqdoldurma məntəqəsi və lisenziya hüququna sahib idi.

BP-nin Türkiyədəki bütün yanacaq və terminal əməliyyatlarının satışı, sentyabrın 12-də Rəqabət Qurumunun təsdiqi ilə həyata keçirilib. Müqavilə 2023-cü ilin 14 noyabrında imzalanıb. Razılaşmanın ardından, BP-nin adını daşıyan bütün yanacaqdoldurma məntəqələrinin adları dəyişdiriləcək.

Dünya miqyasında dayanıqlı enerji həllərinə yönəlmək məqsədilə strategiya hazırlayan BP, bu məqsəd çərçivəsində Türkiyədən çəkilmək qərarına gəldiyini bildirmişdir.

Избранный
5
2
fins.az

3Источники