RU

“Xəyalım gerçəkləşdi” - Günel

Müğənni Günel Zeynalova arzusunu gerçəkləşdirib.

OLAY yazır ki, sənətçi İbrahim Tatlısəsin repertuarında yer alan “Haydi söylə”, “Bir kulunu çok sevdim”, “Ağlıyorum kahrından” kimi mahnılarını ifa edib və onları albom şəklində təqdim edib.

G.Zeynalova bununla bağlı instaqram səhifəsində paylaşım edib.

Günel “Xəyalım gerçəkləşdi... Dolu, dolu... Tam 18-lik İbrahim Tatlısəs mahnıları. Böyük musiqiçi ansamblı, bəstələr, heç dəyişdirmədən nostalji dolu 3 ilin sonunda istədiyimin eynisi oldu. Mahnıları, oxumağı qardaşım Tunar Rəhmanoğlu etdi. Bir neçə gün sonra yutub kanalımda dinləyə bilərsiniz” gördüyü yeni işinə şərh yazıb.

Избранный
42
1
olay.az

2Источники