RU

Hansı ərazilərdə istilik vaxtından əvvəl verilə bilər? VİDEO

Ya odun sobalarından, elektrikli qızdırıcılardan istifadə edirlər, ya da sinifdə üst geyimləri ilə oturmalı olurlar...

Xezerxeber.az xəbər verir ki, bəzi bölgələrdə, məsələn, İsmayıllıda mərkəzi istiliyin verilmə vaxtı gəlib çatanadək uşaqlar xəstələnirlər.

 Bunu onların valideynləri deyir.

Şəkidə də vəziyyət fərqli deyil.

Kiş kəndi sakinlərinin sözlərinə görə, uşaqlar soyuq səbəbilə ya məktəbə getmək istəmirlər, ya da dərsdən tez çıxmağa çalışırlar.

Bəs hansı ərazilərdə istilik vaxtından əvvəl verilə bilər?

 “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinnin mətbuat katibi Elvin Basqallı bildirdi ki, istilik enerjisindən istifadə qaydalarına əsasən, hər il istilik mövsümü Bakıda və bölgələrdə 15 noyabrda başlayır və növbəti il 15 apreldə yekunlaşır. Həm yaşayış, həm də qeyri-yaşayış obyektlərinə, müəssisələrə, sosial obyektlərə istiliyin verilməsinə müvafiq olaraq eyni vaxtda başlanır.

Mətbuat katibi həmçinin qeyd edib ki, çəkiliş apardığımız İsmayıllı və Şəkidə də “Azəristiliktəchizat”ın balansında olan və qurumun tabeliyində olmayan qazanxanalar tərəfindən də isidilən məktəblər var ki, bunlar da müvafiq olaraq noyabrın 15-dən işə salınacaq.

Onun sözlərinə görə, hava şəraiti kəskin dəyişərsə, bəzi ərazilərə istiliyin vaxtından əvvəl verilməsi məsələsinə baxıla bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
46
24
xezerxeber.az

10Источники