RU

Rusiya transatlantik reyslərin göyərtəsində yanğın və partlayışlar planlaşdırmaqda şübhəli bilinir - WSJ

"Wall Street Journal” Qərb təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən yazır ki, Almaniya və Böyük Britaniyadakı DHL logistika mərkəzlərində bu il baş vermiş yanğınları Rusiya kəşfiyyat xidmətləri təşkil edə bilərdi.

Qəzet yazır ki, çox tez alışan maqnezium əsaslı maddə iki masaj qurğusuna yerləşdirilib və DHL vasitəsilə göndərilən hər iki bağlama artıq ABŞ-a uçan təyyarələrin göyərtəsində olanda alovlanmalı idi. Lakin hər iki cihaz hələ DHL-in Leypsiq və Birmingemdəki anbarlarında olarkən vaxtından əvvəl alışıblar.

WSJ iddia edir ki, paketlər "son nəticədə ABŞ və Kanadaya uçan yük və ya sərnişin təyyarələrinin göyərtəsində yanğınlara səbəb olan gizli Rusiya təxribat əməliyyatının bir hissəsidir". İlk iki bağlama göndərici kanalın sınağı olmalı idi.

WSJ xatırladır ki, yanğınlarla bağlı təhqiqat Litvada aparılır, oradan masaj qurğuları olan iki bağlama göndərilib, eləcə də Polşada xarici kəşfiyyatın göstərişi ilə terror aktına cəhdlə bağlı dörd nəfər həbs edilib.

Kreml daha əvvəl Moskvanın hadisələrlə əlaqəsi olduğunu təkzib edib və ittihamları “insunasiya” adlandırıb.

Ülviyyə, Hurriyyet.az

Избранный
57
hurriyyet.az

1Источники