RU

Bakı tələb etmişdi – Paşinyan revanşistlərə mane oldu

Bizdə olan məlumata görə, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatları parlamentin müxalifət qanadının Müstəqillik Bəyannaməsi ilə bağlı layihəsinin əleyhinə səs verəcək.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentindəki müxalif “Hayastan” fraksiyasının deputatı Qeqam Manukyan deyib.

“Ermənistanın Müstəqillik Bəyannaməsinin gündəliyi ilə bağlı layihənin müzakirəsini iki ay təxirə salırıq. Çünki bizdə məlumat var ki, siyasi çoxluq bu layihənin əleyhinə səs verəcək və ya bitərəf olacaq”, - siyasətçi bildirib.

Sözügedən təşəbbüsə gəlincə, müxalifətin ehtimalına görə, Nikol Paşinyan hökuməti Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadı Ermənistan Konstitusiyasından çıxarmağa hazırlaşır. Bu, rəsmi Bakının tələbidir. Revanşist müxalifət hökumətin bu mümkün addımının qarşısını almaq üçün bütün vasitələrdən istifadə edir. Həmin layihə də bu cəhdlərdən biridir.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
11
teleqraf.com

1Источники