RU

"Air France" Qırmızı dəniz üzərində uçuşları naməlum obyektə görə ləğv edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransız aviaşirkəti "Air France" Sudan üzərində səmada böyük yüksəklikdə sirli işıqlanan obyektin pilotlar tərəfindən qeydə alınmasından sonra Qırmızı dəniz akvatoriyası üzərində uçuşların müvəqqəti dayandırılması barədə qərar qəbul edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə şirkətin "X" sosial şəbəkəsindəki hesabında mətbuat xidməti məlumat yayıb.
Hadisə bazar günü, noyabrın 3-də axşam baş verib. Parisdən uçan bəzi reyslərin geri qayıtması məcburi olub, digərləri isə potensial təhlükəli ərazidən yan keçmək üçün marşrutlarını dəyişiblər.
"Ehtiyat prinsipi əsasında "Air France" növbəti bildirişə qədər Qırmızı dəniz akvatoriyası üzərində uçuşları dayandırmaq qərarına gəlib", - deyə aviaşirkətin bəyanatında bildirilib.
"Air France" pilotlarının nə gördüyü və müşahidə edilən obyektin aviasiya üçün hər hansı təhlükə yaradıb-yaratmadığı hələ məlum deyil. Şirkət hadisənin araşdırılması və sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması üçün müvafiq orqanlarla sıx əməkdaşlıq etdiyini bildirib.
Избранный
55
50
oxu.az

10Источники