RU

"Azərbaycanın sərhədlərinə yaxın ərazilərdə köhnə münaqişə ocaqları yenidən közərir, yeni savaşlar baş verir"

Image

"Qürur hissilə qeyd etmək istərdim ki, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq prosesi, buraya yatırılan böyük həcmli xarici sərmayə bütünlüklə Azərbaycanda və Qafqaz bölgəsində möhkəm, etibarlı təhlükəsizlik mühitinin formalaşmasına, sabitliyin təmininə, eləcə də inkişafa, mövcud vəziyyətə təhdid yaradan meyillərin aradan qaldırılmasına mühüm təkan verir." 

Bu fikirlər Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun "Azərbaycan" qəzetində dərc olunmuş "Zəfərin reallıqları - polad iradə, güclü dövlətçilik, etibarlı təhlükəsizlik sistemi" adlı məqaləsində yer alıb. R.Usubov yazır: "Yeri gəlmişkən, Azərbaycanın sərhədlərinə yaxın ərazilərdə köhnə münaqişə ocaqları yenidən közərir, yeni savaşlar baş verir. Bu isə qlobal təhlükədir. Qanlı müharibələr, daxili təfriqələr nəticəsində öz ölkəsini tərk edərək qaçqın və köçkünə çevrilənlərin sayı artıq milyonlarla ölçülür. Xarici təsir və təhriklərlə dövlətlərin suverenliyinə təhdidlər çoxalır. Dünyanın ən güclü dövlətləri belə terrorçuluqdan, transmilli cinayətkarlıqdan əziyyət çəkirlər. 

Belə bir mənzərə Azərbaycanın daxil olduğu regionun da mövcud reallığıdır. Ancaq vətəndaşlarımız bu coğrafiyada təhlükəsizlik, sabitlik, əmin-amanlıq şəraitində yaşayırlar, qurub-yaradırlar. Qlobal böhran və beynəlxalq təhlükə mənbələrinin davamlı genişləndiyi bir zamanda tarixin ən qüdrətli Azərbaycanını yaratmaq məhz Prezident cənab İlham Əliyevin tariximiz, müasir dövrümüz və gələcəyimiz qarşısında misilsiz xidmətidir."

Mətləb Salahov






Избранный
11
baki-xeber.com

1Источники