RU

İsrailə yanacaq daşıyanlara zərbə endirək – İran eksperti

İsraili yanacaqla təmin edən müsəlman və qeyri-müsəlman ölkələrin yanacaq nəqli marşurutları hədəf alınmalıdır.

Axar.az xəbər verir ki, bunu iranlı iqtisadçı ekspert Höccətullah Əbdülməliki İran televizyasının “İqtisad 120” verilişindəki çıxışında deyib.

O, müsəlman ölkələrin başqa iqtisadi sahələrdə İsraillə ticarət dövriyyələrinin əhəmiyyətli olmadığını və yalnız yanacaq nəqlinin strateji əhəmiyyət daşıdığını söyləyib.

“İsrail 7 milyard dollar dəyərindəki illik yanacağını əsasən müsəlman ölkələrdən idxal edir, buna görə də bu ölkələr ya İsrailə yanacaq nəqlini özləri dayandırmalıdırlar, əks təqdirdə ixrac kəmər və obyektləri partladılmalıdır”, - o bildirib.

O, İsraillə ticarətin qarşısının alınmasının iqtisadi zərbədən daha çox İran üçün ideoloji əhəmiyyət daşıdığına vurğulayıb.

Избранный
24
axar.az

1Источники