RU

İndoneziyada vulkan püskürüb - Dörd hava limanı bağlanıb

Bakı. Trend:

İndoneziyanın Şərqi Nusa-Tenqara əyalətində Levotobi vulkanınınpüskürməsindən sonra dörd hava limanı bağlanıb.

Trend xəbər verir ki, bubarədə ölkənin Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə MilliAgentliyinin məlumatında deyilir.

Uçuşların dayandırılmasına vulkanik kül səbəb olub. Bundanbaşqa, Komodo beynəlxalq aeroportu açıq qalsa da, orada 14 reysləğv edilib.

Noyabrın 4-nə keçən gecə püskürməyə başlayan Levotobi vulkanınınkülü 2 min metr hündürlüyə qalxıb. Vulkan, həmçinin yaxınlıqdayerləşən yaşayış məntəqələrində yanğınlara səbəb olub. Əhaliyəyeddi kilometr radiusda risk zonasından uzaq durmaq barədəxəbərdarlıq olunub.

Son məlumata görə, təbii fəlakət nəticəsində 10 nəfər həyatınıitirib, 14 kənddən 2735 ailə (10295 nəfər) təxliyə edilib.

Избранный
46
az.trend.az

1Источники