RU

Azərbaycan Qahirədə keçirilən 12-ci Ümumdünya Şəhərsalma Forumunda iştirak edir – FOTO

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Misirin paytaxtı Qahirə şəhərində BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan 12-ci Ümumdünya Şəhərsalma Forumunda iştirak edir.

Bizim.Media xəbər verir ki, foruma həmçinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev və Azərbaycan Respublikası Prezident Administrasiyası, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Heydər Əliyev Fondundan nümayəndələr qatılıblar.


Forumda təşkil olunan Azərbaycanın milli pavilyonunda ölkənin işğaldan azad edilmiş ərazilərinin bərpasında, dayanıqlı şəhərsalma və mədəni irsin qorunması sahəsində əldə etdiyi nailiyyətlər nümayiş olunur.

“Daha yaxşı yenidənqurma: Dayanıqlı və dinc şəhər inkişafında Azərbaycanın yolu” mövzusuna həsr olunan sərgidə dayanıqlı şəhərlərin yaradılması, iqlim təşəbbüslərinin təşviqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və "Böyük Qayıdış" proqramının innovativ həll yollarından bəhs edən layihələr təqdim edilir.


Təqdimatda diqqətçəkən əsas məqamlar arasında “Böyük Qayıdış” proqramı çərçivəsində torpaqların minalardan təmizlənərək, təhlükəsiz, dayanıqlı ərazilərə çevrilməsi, habelə həyata keçirilən sistemli və planlı şəhərsalma proseslərində mədəni irsin qorunması şərtilə innovasiyaların tətbiqi siyasəti yer alır.


Pavilyonda eyni zamanda Bakı şəhərinin 2026-cı ildə 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edəcəyi və qlobal şəhərsalma müzakirələrinin mərkəzinə çevriləcəyi elan edilir.

Qeyd edək ki, noyabrın 8-dək davam edəcək Forumda Azərbaycan nümayəndələri şəhərlərin inkişafı, innovasiyalar və iqlim dayanıqlılığı mövzularında keçiriləcək müzakirələrdə iştirak edərək, beynəlxalq ekspertlər və maraqlı tərəflərlə fikir mübadiləsi aparmaq imkanı qazanacaqlar.


Bizim.Media

Избранный
10
2
bizim.media

3Источники