Danimarka yığmasının yeni baş məşqçisi müəyyənləşib. Bu vəzifəyə Brayan Rimer təyinat alıb.
46 yaşlı mütəxəssis yerli futbol federasiyası ilə müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. Xatırladaq ki, milli komandanın əvvəlki çalışdırıcısı Kasper Yulmann AÇ-2024-ün final mərhələsindən sonra vəzifəsindən istefa vermişdi. Son aylar baş məşqçi səlahiyyətlərini yerinə yetirən Lars Knudsen bundan sonra Rimerin köməkçisi olacaq.
Yeri gəlmişkən, Danimarka yığması hazırda Millətlər Liqasının A liqasının 4-cü qrupunda 4 oyuna 7 xalla İsaniyadan (10 xal) sonra 2-ci yerdədi. Bu qrupda çıxış edən Serbiya 4, İsveçrə isə 1 xal toplayıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта