RU

Rusiya Prezidenti: Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün hər şeyi etməyə davam edəcəyik

Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün hər şeyi etməyə davam edəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə xarici ölkə səfirlərinin etimadnamələrini qəbul edərkən bildirib.

Putin qeyd edib ki, Rusiya 2020-2022-ci illərdə də ən yüksək səviyyədə məlum üçtərəfli sazişlərə uyğun olaraq sülh müqaviləsi üzərində işləməyə, dövlət sərhədinin delimitasiyasına, iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılmasına yardım göstərməyə davam edəcək.

Избранный
22
8
apa.az

9Источники