Noyabrda Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) ilə bağlı Bakı Olimpiya Stadionun yaxınlığında Yaşıl Zona yaradılıb.
Gundem.az xəbər verir ki, Yaşıl Zona tədbirə ev sahibliyi edən ölkənin təşəbbüsü ilə yaradılan ərazidir.
Mavi zonanın əsas proqramı dövlətlər arasında aparılan danışıqlardan ibarətdir və oraya özəl sektorun girişi məhduddur. Bu səbəbdən Yaşıl Zona yaradılıb. Yaşıl Zona isə ictimaiyyətə açıq olan ərazidir. Burada dövlət və özəl sektorun nümayəndələri, QHT-lər, media mənsubları və gənclər fəaliyyət göstərəcəklər.
Yaşıl Zonanın ərazisi 37500 m2 təşkil edir. Bu zonanın böyük bir hissəsini pavilyonlar, konfrans və ikitərəfli görüşlər üçün otaqlar, eləcə də əməliyyat mərkəzi təşkil edir.
Yaşıl Zonada ümumilikdə 4 konfrans otağı olacaq. Otaqlardan biri 200, üçü isə 70 nəfərlik olacaq.
Qeyd edək ki, COP29 konfransı 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək. Konfransa ümumilikdə 80 min xarici qonağın qatılacağı gözlənilir.
Daha ətraflı videoda: