RU

"BMW X-5"i içkili idarə etdi, saxlanıldı - Məhkəmə qərarı

Bakı şəhəri, Nərimanov rayonu ərazisində sərxoş vəziyyətdə dövlət nömrə nişanı 77 TT 036 olan "BMW X-5" markalı avtomobili idarə edən şəxs saxlanılıb. 

Qaynarinfo-nun məlumatına görə, DYP əməkdaşları tərəfindən saxlanılan avtomobilin sürücüsü Aqşin Qəribov alkotesterdən keçirilib. Sürücünün aşkar şəkildə avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilib. 

Aqşin Qəribov barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əməlindən peşman olduğunu bildirərək, yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edib. 

Məhkəmənin qərarı ilə Aqşin Qəribov İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 400 manat cərimə edilib.

Aydın

Избранный
39
qaynarinfo.az

1Источники