RU

“Neftçi”, “Araz-Naxçıvan” və “Kəpəz” cərimələndi

AFFA İntizam Komitəsi “Neftçi”, “Araz-Naxçıvan” və “Kəpəz” klublarını cəriməyib.


Yenicag.az xəbər verir ki, Naxçıvan təmsilçisi “Neftçi”ni səfərdə 1:0 hesabı ilə məğlub etdiyi Misli Premyer Liqasının XII tur qarşılaşmasında futbolçusu Turan Vəlizadənin ikinci sarı vərəqəni alaraq meydandan qovulmasına görə 500 manat ziyana düşüb.

Oyunçuya bir matçlıq cəza verilib. Paytaxt klubunun azarkeşləri həmin görüşdə meydana kənar əşyalar atıblar. “Neftçi” bu səbəbdən 800 manat ödəməli olacaq.

“Kəpəz” klubu isə “Səbail”i məğlub etdikləri (1:0) qarşılaşmada dörd futbolçusu sarı vərəqə aldığından 700 manat cərimə ödəyəcək.

Избранный
31
6
yenicag.az

8Источники