RU

Space X dünyada ilk dəfə kosmosa taxta peyk buraxıb

Yaponiyada hazırlanmış dünyanın ilk taxta peyki Amerikanın Space X şirkətinin missiyası çərçivəsində kosmosa buraxılıb.

Herbiand.az bildirir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, Kioto Universitetində hazırlanmış LignoSat taxta peyki Beynəlxalq Kosmik Stansiyasına çatdırılacaq və Yerdən təxminən 400 km yüksəklikdə orbitə çıxarılacaq. Bu missiyanın məqsədi “bərpa olunan materialların kosmik əsaslı potensialını nümayiş etdirmək” olacaq.

Astronavt və Kyoto Universitetinin tədqiqatçısı Takao Doi izah edir: “Özümüzün istehsal edə biləcəyimiz bir material olan ağacla evlər tikə, əbədi olaraq kosmosda yaşayıb işləyə biləcəyik”.

Növbəti 50 il ərzində Takao və komandası Ay və Marsda ağac əkməyə və taxta evlər tikməyə başlamağı planlaşdırır.

Kioto Universitetinin professoru Koji Muratanın sözlərinə görə, su və oksigenin mənfi təsirləri olmadığı üçün ağac kosmosda Yerdəkindən daha davamlı olmalıdır: “1900-cü illərin əvvəllərində təyyarələr ağacdan hazırlanırdı. Taxta peykin mövcudluğu da mümkün olmalıdır”.

Takao Doi isə hesab edir ki, gələcəkdə “metal peyklər qadağan edilməlidir”.

Missiya uğurlu olarsa, o, SpaceX-i kosmosa taxta peykləri buraxmağa dəvət etmək niyyətindədir.

Bəxtiyar CƏFƏRLİ

Избранный
38
herbiand.az

1Источники