RU

"Araz-Naxçıvan"ın futbolçusunun cəzası müəyyənləşdi

style='margin-bottom:10px;'>

AFFA "Araz-Naxçıvan"ın futbolçusu Turan Vəlizadəni cəzalandırıb.

QOL.az xəbər verir ki, İntizam Komitəsinin bugünkü iclasında belə qərar qəbul edilib. 

23 yaşlı yarımmüdafiəçi Misli Premyer Liqasının 12-ci turunda “Neftçi” ilə matçın 90+3-cü dəqiqəsində 2-ci sarıdan qırmızı vərəqə alıb. Buna görə də futbolçu 1 oyun cəzalandırılıb.

Onun klubu isə 500 manat cərimə edilib.

Qeyd edək ki, "Neftçi" - "Araz-Naxçıvan" görüşü qonaqların 1:0 hesablı qələbəsi ilə  yekunlaşıb.

Избранный
35
teleqraf.com

1Источники