RU

YAP Mərkəzi Aparatında qanvermə aksiyası keçirilib

Noyabrın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının inzibati binasında qanvermə aksiyası keçirilib. 

Aksiya YAP Mərkəzi Aparatı və Səhiyyə Nazirliyinin Respublika Qan Bankının birgə təşkilatçılığı ilə baş tutub. Qanvermə aksiyasına Respublika Qan Bankını təmsil edən tibbi heyət cəlb olunub.

Respublika Qan Bankının həkimi Günel Mehdiyeva Yeni Azərbaycan Partiyasının bu təşəbbüsünün humanist addım kimi mühüm əhəmiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, qanvermə aksiyasının məqsədi talassemiya və digər bütün qan xəstəliklərindən əziyyət çəkənlərə yardım etməkdir. 

Qeyd edək ki, aksiyada partiyanın Mərkəzi Aparatının əməkdaşları da daxil olmaqla 400-ə yaxın YAP üzvü iştirak edib.

Избранный
44
6
yeniazerbaycan.com

7Источники