RU

İran və Pakistan XİN rəhbərləri görüşüb

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı İslamabada rəsmi səfər edib.

KONKRET.az xəbər verir ki, səfər zamanı o, pakistanlı həmkarı İshaq Dar ilə görüşüb.

Görüşdə regional və beynəlxalq məsələlər müzakirə edilib, hər iki ölkə üçün ortaq təhlükə yaradan terrorizmə qarşı birgə mübarizənin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Qeyd olunub ki, Abbas Əraqşı pakistanlı həmkarını İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin xarici işlər nazirlərinin Tehranda keçiriləcək qarşıdan gələn iclasında iştirak etmək üçün İslam Respublikasına səfərə dəvət edib.

Məlik.
KONKRET.az

Избранный
35
konkret.az

1Источники