RU

"Beşiktaş"ın "Makkabi" ilə görüşü Bakıda keçirilə bilər

UEFA Avropa Liqasının Liqa mərhələsində "Makkabi" (Təl-Əviv) ilə İstanbuldakı görüşü təxirə salınan "Beşiktaş" matçın Bakıda keçirilməsi üçün Beynəlxalq Futbol Federasiyası ilə danışıqlara başlayıb.

News24.az xəbər verir ki, "Beşiktaş" rəsmiləri İsrail klubu ilə ortaq ölkə olaraq Azərbaycanı gördükləri üçün görüşün Bakıda keçirilməsini istəyirlər.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunun "Beşiktaş" - "Makkabi" (Təl-Əviv) oyununun iki ölkə arasındakı siyasi böhran səbəbindən noyabrın 28-də neytral meydanda keçirilməsi nəzərdə tutulub. \\Sports.az


Избранный
34
3
news24.az

4Источники