RU

Sadır Japarov: Türkiyə bizim üçün qardaş və strateji tərəfdaşdır

Türkiyə Qırğızıstan üçün qardaş ölkə və strateji tərəfdaşdır. Bunu Qırğızıstan Prezidenti Sadır Japarov Bişkekdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib. Məlumatı “Anadolu” verib. 

“Türkiyə Qırğızıstan üçün qardaş ölkə və strateji tərəfdaşdır. Mən dərindən inanıram ki, ölkələrimizin və xalqlarımızın gələcəyi birləşəcək. Ölkələrimiz arasında Strateji Əməkdaşlıq üzrə Ali Şurasının bugünkü iclasında biz ikitərəfli əməkdaşlığımızın perspektivlərinin vəziyyətini müzakirə etdik. Xarici dövlətin ilk rəhbəri kimi siz yeni tikilmiş “İntımak Ordo”da fəxri qonağımızsınız”, – deyə Japarov bildirib.

Qırğızıstan Prezidenti qeyd edib ki, iki dövlət arasında uzunmüddətli qardaşlıq münasibətlərinin şərəfinə bütün lazımi bəzəklərlə təchiz edilmiş qırğız yurdları Türkiyə tərəfinə verilib.

“Köçəri qırğız xalqı üçün yurdun müqəddəs mənası var, çünki o, insanın doğulduğu, böyüdüyü və ömrünü yaxınları ilə keçirdiyi evdir. İnanıram ki, bu yurdlar türkdilli xalqların birliyini və ölkələrimizin strateji münasibətlərinin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istəyinin simvolu olacaq”, - deyə qırğız lideri qeyd edib.

P.ƏMİRCANOV

XQ

 

 

Избранный
42
xalqqazeti.az

1Источники