RU

Tanınmış meyxanaçıdan TƏNQİDLƏRƏ CAVAB: “Özünü xanım kimi aparmayanlara demişəm”

Tanınmış meyxanaçı İntiqam Rüstəmovun “Qadın müğənnilərə xanım demirəm, bu söz müqəddəsdir” kəlməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bu fikirlərinə görə sənətçini tənqid ediblər və onu xanımları təhqir etməkdə günahlandırıblar.

Yenicag.az-a açıqlama verən İntiqam Rüstəmov məsələyə aydınlıq gətirib:

“Xanım müğənnilərə də böyük hörmətim var, hamısını çox istəyirəm. Bəziləri çıxır ağzına gələni danışır. Lakin özünü xanım kimi aparmayan müğənnilər var ki, mən onlardan danışmışam. Danışığını, oturuşunu, yerini-yurdunu bilməyənləri deyirəm. Yoxsa ki, ümumilikdə hamıya söz demərəm. Hərənin öz fikri var, mən öz fikrimi demişəm. Yoxsa ki, o nə deməkdir, əlbəttə ki, qadınlar xanımdır”.

Cəvahir

Избранный
42
yenicag.az

1Источники