RU

"Aytən Səfərova özündə olmayan şeylərdən danışır"— Şəmsi Vəfadar

Tanınmış şair Şəmsi Vəfadar aparıcı Aytən Səfərovanın çıxışını sərt tənqid edib.

 

"Qadın ilk növbədə öz ayağı üzərində dayanmağı bacarmalıdır. Qadınlar var ki, ailəsi, həyat yoldaşı üçün hər şeyi edir".

 

Bu sözləri Aytən Səfərova aparıcısı olduğu "Xəbər ertəsi" verilişində deyib:

 

"Belə bir söz var, pul insanı dəyişir. Xeyr! Amma bəzi kişilər var ki, pul əldə edəndən sonra əsl üzləri görünür. Qadın uşaqları ilə evdə qalır, gözü başqasına sataşan kişilər artıq övladlarının anasında mənfiliklər axtarmağa başlayırlar. Bu da ailədə məişət zorakılığına səbəb olur".

Aparıcı gəlin-qayınana münasibətindən də danışıb: "Evlənən qayınanadırsa, onda toyxanada gəlinlə yanyana o otursun. Niyə bəylə-gəlin oturur ki? Əgər gəlin qayınanaya baxmağa, xidmət etməyə gedirsə... Bu, absurddur. Ailədə hörmət qarşılıqlı olmalıdır. Bu yaxınlarda bir tanışım haqqında eşitdim ki, qızla oğlan yeni nişanlanıb. Oğlan qıza deyib ki, maaş kartını anama verəcəksən. Qız deyib ki, valideynlərim mənə təhsil almağa dəstək olub, işlə təmin edib. İndi kartımı qayınanama verəcəm!? Oğlanlar deyirlər, telefon qızları korlayıb. Xeyr".

CityPost.az xəbər verir ki,aparıcı Aytən Səfərovanın bu fikirlərinə tanınmış şair Şəmsi Vəfadar münasibət bildirib.

“Təəssüflər olsun ki, bəzi insanlar  dönüb keçmişlərinə baxmağı nədənsə unudurlar. Belələrindən soruşmaq lazımdır ki,sən özün kimsən axı,çıxıb  televiziyadan  millətə  əxlaq  dərsi  verirsən? Kim necədirsə,istəyir ki, başqaları da onun kimi olsun.Bu tip insanlar özlərindəki nöqsanları görə bilmirlər.Hörmətli mərhum akademik Cəlal Əliyev Milli Məclisdə onun barəsində illər öncə sözünü deyib.Cəlal müəllimin Aytən Səfərovaya xitabən  dediklərini özünüzün xatırlamağı yerinə düşər.O aparıcı qadını  90-cı illərin əvvəllərindən tanıyırdım...


Bakının qəribə küləyi var. O əsib,bütün eybəcərliklərin üstünü örtür.Amma belələri unutmamalıdırlar ki,axı onları tanıyanlar da var.

Bir məşhur şeir var:

Qəribə quş imiş çobanaldadan
Özünü,başını kolda gizlədir.
Amma bilməyir ki,hələ o nadan 
Qıraqda gözlər var,onu izləyir...

Bir əxlaqlı adamın çıxıb hər hansı bir auditoriyada  əxlaqdan danışdığını görməmişəm. Bu qadının  bir ailənin övladını vurub öldürməsindən bir il  ötməyib. Ailənin  yarası təzə-təzə qaysaq bağlayır.  Çıxıb ədəbdən, ərkandan bəhs edir.

 

Belələri  haqqında mərhum Xalq şairi Zəlimxan Yaqub sözünü deyib və möhürünü də vurub.

 

 

Bu qadının özünün nə qayınanası var, nə nüfuzli ali  təhsili var, nə də digər bəhs  etdiyi şeylər...

O, hər zaman özündə olmayan şeylərdən danışır. Xalqın gözünə kül üfürmək bu tip adamlara nə verir,görəsən? Gəzmədiyi  telekanal qalmayıb,bu qadının. Belələrindən millətə ağbirçək,ağsaqqal çıxmaz. Bu qadına demək lazımdır ki, xalqın  ağsaqqalı da var,ağbirçəyi də,məsləhətçisi də... Sən get öz işlərinlə məşğul ol!.Bu xalqa sənin kimi məsləhətçi lazım deyil ”,- deyə  Şəmsi  Vəfadar  bildirib.

Избранный
17
23
oxu24.com

10Источники