RU

Ən böyük erməni təşkilatı ABŞ prezidentliyinə namizədləri ələ saldı- "səs üçün bizim arxamızca gəzirlər"...

Image

Ermənilər Amerika seçicilərinin 0,1 fizini təskil edir

Amerikanın ən böyük diaspor təşkilatı olan "I-Data" bəyanat verməklə cəmiyyətə çatdırmaq istəyir ki, Amerika siyasi sistemində onlar hələ də mühüm əhəmiyyətə malik toplumdurlar, seçki elektoratıdırlar. Amma bəyanatda göstərilən reallıqlar ondan xəbər verir ki, erməni diasporu Amerika siyasi sistemində, o cümlədən də prezident seçkilərində elə ciddi əhəmiyyətə malik deyil. 

Onlar əhəmiyyətli elektorat kəsimi olsaydı, hər seçkidə namizədlər onlari aldatmazdı, vəd verib, səsini alib, bununla da işini bitmiş hesab etməzdi.

İndiyə qədər Amerikanın erməni diasporu elə bilirmiş ki, Ermənistan Azərbaycanın torpaqlarını onların gücü ilə işğal edib. "Erməni diasporu", əfsanəvi "erməni fondu", "Böyük Ermənistan", "dənizdən dənizə dövlət" - bütün bunlar hamısı rus imperiyasının ermənilərlə Azərbaycanı düşmən etmək üçün uydurduğu ideyalardır. Amma erməni icmasi hələ də bunlara "inanır". 44 günlük müharibə bir daha göstərdi ki, Rusiya bölgədən əlini çəkən kimi ermənilər dövşan kimi qaçdı. Onlara nə Fransa, nə də Amerika heç bir dəstək verə bilmədi. Boş bəyanatlar isə heç nəyi həll etmir. Amerika kimdir ki, Azərbaycana nəyisə diqtə etsin? Amerika da Azərbaycan kimi bərabər hüquqlu dövlətdir. Oğuz türkü dövlət quranda Amerika hinduları əncir yarpağından "paltar" geyinirdi. İndi isə Amerikanın erməni diasporunun özünü ifşa edən, ABŞ siyasətçilərini isə lağa qoyan bəyanatı ilə tanış olun.

ABŞ prezidentliyinə namizədlərin heç biri Amerikanın ən böyük erməni diasporu olan "I-Data"-nın  dəstəyini qazanmayıb. Bu barədə "I-Data" təşkilatının Vaşinqtondakı mərkəzi ofisinin icraçı direktoru Aram Qəmbəryanın ABŞ-dakı erməni icmasına müraciətində deyilir.

Daşnaksütyun "I-Data" Bürosunun Mərkəzi Aparatından verilən məlumata görə, hər iki tərəf Azərbaycanı silahlandırmaq, "soyqırım törətməkdə" Bakıya yardım etmək və ermənilərin Qarabağdan "deportasiya edilməsi" üçün məsuliyyət daşıyır, heç bir tərəf bu ehtiyatsız, məsuliyyətsiz və "soyqırım siyasətindən" əl çəkməyib.

“Əsas məsələ odur ki, söz vermək kifayət deyil. Namizədlərin heç biri seçkilərə qədər dəstəyimizi təmin edə biləcək konkret nəticələr əldə edə bilmədi. Namizədlərin seçildikdən sonra nə edəcəyi ilə bağlı boş kampaniya vədlərinə inandığımız vaxtlar çoxdan keçib.

Bu gün aşağıdakı hərəkətləri edə bilərsiniz:

Respublikaçılar: Məsələn, Prezident Tramp açıq şəkildə 907-ci maddənin ABŞ-ın Azərbaycana yardımına məhdudiyyət tətbiq edərək, 7288 saylı qətnaməni qəbul etməyə çağıra bilər.

Demokratlar: Vitse-prezident Harris administrasiyanın 907 saylı qətnaməni, Azərbaycana qarşı Maqnitski sanksiyalarının tətbiqini və bütün erməni girovlar azad edilənə qədər COP29-dan çıxmasını rəsmi şəkildə icra etdiyini elan edə bilər.

Bütün bunlara baxmayaraq, biz icmamızın builki seçki prosesində fəal iştirakından qürur duyuruq. Bizim etimadımızı qazanmaq üçün namizədlərin səslərimiz uğrunda necə mübarizə apardıqlarını görməkdən məmnunuq. Bu, əsas seçki qüvvəsinə çevrilmiş amerikali ermənilərinə hörmətdir.

Əgər seçdiyiniz namizədin erməni əsilli amerikalı seçicilər tərəfindən necə qəbul edildiyindən məyussunuzsa, o zaman onu Bakını məsuliyyətə cəlb etməyə, "azəri təcavü"zünün qarşısını almağa, Ermənistanın azadlığını təmin etməyə sövq etmək üçün əlinizdən gələni edin, girovların Ermənistana, Qarabağ ermənilərinin isə geri qayıtması üçün zəmin hazırlayır”, - deyə bəyanatda bildirilir.

Birincisi, əsl soyqırımını azərbaycanlılara qarşı Ermənistan Rusiyanın köməyi ilə törədib. Faktiki şahidlər var, sübutlar var. Gələcəkdə bütün bunlar beynəlxalq məhkəmələrdə sübuta yetriləcek və təzminatı Ermənistan hökumətinin boynuna yuklənəcək. Bu sadəcə zaman məsələsidir.

İkincisi, yuxarıda qeyd etdiyimiz kimi, erməni diasporu Amerikanın prezidentliyinə namizədləri üçun o qədər də böyuk əhəmiyyətə malik olmayıb və bu indi də belədir. Sadəcə olaraq, builki seçkilərdə namizədlər arasında fərq çox az olduğundan hər bir namizəd ən kiçik elektorat seqmenti uğrunda gərgin mübarizə aparır. Həmin kiçik elektorat seamentlərindən biri də erməni seçicilərdir. "I-Data" rəhbərləri elə bilir ki, bütün Amerika erməniləri onların sözu ilə oturub-durur. Amma əslində elə deyil, Amerikada yaşayan hər bir erməninin şəxsi maraqları var və o maraqlar hər şeydən üstündür. Sabah seçkilərin nəticələri elan ediləndə bəlli olacaq ki, Amerika ermənilərinin 90 faizi seçkilərdə istirak edib. Lap ermənilər seçkiyə qatılmasa, hər iki namizədi boykot etsə, bu nə əhəmiyyət kəsb edəcək? Ermənilər Amerika seçicilərinin 0,1 faizini təşkil edir. Bu göstərini gorəndə aydın olur ki, "I-Data"-nın bəyanati nəlbəkidə "tufan qoparmaq" kimi bir şeydir. Seçki gününün səhəri erməni diasporu düz dörd il müddətinə unudulacaq.

Əlbəttə, "I-Data"-nın bəyanatinda Amerika prezidentliyinə namizəd olan siyasətçilərin mübarizəsini gülüş obyektinə çevirib, guya ondan həzz almaq və bunu bəyan etmək onlara qarşı hörmətsizlikdir - bəlkə də təhqirdir. Amma inanırıq ki, namizədlər bu acı gülüşə dözəcək və onun əvəzində düz dörd il erməni diasporuna "güləcək".

O ki qaldi Amerikanin Azərbaycana qarşı tədbir görməsinə, bu iki dövlət bərabər hüquqlu və tərəfdaş ölkələrdir. Onların bir-birinə qarşı ciddi maraqları var. Amerika heç vaxt öz maraqlarını hec kimə güzəştə getmir, o da ola bir necə yüz min erməni üçün...

Amerika yalnız Azərbaycana qarsı 907-ci düzəlişi bərpa edib, onu bir necə milyon maliyyə yardımından məhrum edə bilər. Bu halda Azərbaycan da hər hansı bir şəkildə onun qarşılığinı verəcək.

"I-Data"-nin bəyanatında yer alan digər məsələlərə gəldikdə isə, buna Azərbaycanı heç bir dövlət məcbur edə bilməz. Birincisi, buna onların hüququ çatmır, ikincisi isə, həmin məsələlər iki tərəf arasinda və ya fərdi qaydada çözülə bilən məsələlərdir. Məsələn, hər hansi bir Qarabağ ermənisi evinə qayıtmaq istəyirsə, fərdi qaydada Azərbaycan hökumətinə vətəndaşlıq almaq üçün müraciət etməlidir. Azərbaycan hökuməti də bu müraciətə baxıb görsə ki, bu adam doğrudan da qarabağlıdır, işğaldan əvvəl bu torpaqlarda yaşayıb, burada doğulub və mülk sahibi olub, onda ona vətəndaşlıq verib, evinə qayıtmağa şərait yaradılacaq. Yoxsa Azərbaycan Ermənistan hökumətinin işğal dövründə Ermənistandan, Suriyadan və digər ölkələrdən Qarabağa köçürdüyü ermənilərin vətəndaşlığını qəbul etməyə borclu deyil.

Məhbuslara gəldikdə isə, onlar Azərbaycan xalqının qanına susamış, insanlığa qarşı cinayət törətmiş adamlardir və onlar Azərbaycanda mühakimə edilib, burada da cəzalarını axıra qədər çəkməlidirlər.

Akif NƏSİRLİ





Избранный
53
baki-xeber.com

1Источники