RU

Qvardiola “Mançester Siti”nin oyun fəsadlarına aydınlıq gətirdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola cari mövsümdə “şəhərlilər”in fəsad və çətinliklərindən söhbət açıb.

Arena.az “Sky Sports” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz cəmi bir oyunda məğlub olmuşuq. Yenə də uduza bilərik, amma hazırda aparıcı komanda olan “Liverpul”dan cəmi iki xal geridəyik.

Biz UEFA Çempionlar Liqasına da yaxşı başlamışıq, amma mən bilirəm ki, insanlar bizdən çempionatın 38 turunda qalib gələcəyimizi və hər mövsüm trebl qazanacağımızı gözləyirlər. Bunu etməyin çətin olmasında əsas səbəb odur ki, bizim çoxlu oyunçumuz sıradan çıxıb.

Bəzən, trebl qazanmaq üçün zədəlilərsiz olmalısan, amma bu dəfə bu, mümkün deyil. Oskar Bobb mövsümöncəsi bizim ən vacib oyunçumuz idi və zədəlidi. Rodri dünyanın ən yaxşı oyunçusu adına namizəd idi və belə də oldu, ona görə də etiraf etməliyik ki, onsuz çətin anlar yaşayacağıq. Hər oyun getdikcə çətinləşəcək”, deyə Qvardiola vurğulayıb.

10 turdan 23 xal toplamış “Mançester Siti” Premyer Liqanın yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. 25 xal toplamış “Liverpul” isə yarış cədvəlinə başçılıq edir.

Избранный
49
25
arena.az

10Источники