RU

İrəvandan “Google”a şikayət: 4 ərazi Azərbaycana məxsus göstərilir

Ermənistanın “Birgə” alternativ ictimai-siyasi hərəkatı ABŞ-ın İrəvandakı səfirinə tələb məktubu göndərib.

Titul.az globalinfo.az-a istinadən xəbər verir ki, məktubda “Google” şirkətinin Ermənistanın tərkibindəki ərazilərlə bağlı “Google Map” tətbiqində dəyişiklik edilməsi tələb olunur.

Belə ki, Qazaxın işğal altındakı Yuxarı Əskipara, Sofulu, Bərxudarlı və Naxçıvanın Ermənistanın nəzarətində olan Kərki kəndlərinin “Google Map”da Azərbaycan əraziləri kimi göstərildiyi bildirilir. Həmçinin bəzən Ermənistan ərazisinin də Azərbaycan adı ilə təqdim edildiyi deyilir.

Ermənistan tərəfi sözügedən ərazilərlə bağlı düzəliş olunmasını istəyib və həmin ərazilərin guya erməni torpağı olduğunu deyib.

ABŞ-ın Ermənistandakı səfiri Kristina Allison Quinə ünvanlanan məktuba hər hansı cavab verildiyinə dair məlumat yoxdur.

Müraciətin Ermənistan hökuməti deyil, sadə siyasi hərəkat tərəfindən edilməsi diqqət çəkib. Ermənistan ictimaiyyətində hökumətin bu məsələdən narahatlıq duymadığı, bu səbəbdən rəsmi tələb göndərmədiyi iddia edilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Избранный
26
titul.az

1Источники