RU

Almaniya kansleri Bakıya gəlir - İLK DƏFƏ

Almaniya kansleri Olaf Şolts Azərbaycana səfər edəcək.   Manset.az Modern.az-a istinadən xəbər verir ki, o, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da iştirak edəcək. Səfərin gələn həftə baş tutacağı qeyd olunur. Bu, Şoltsun kansler seçilməsindən sonra Bakıya ilk səfəri olacaq. Xatırladaq ki, artıq 100-dən çox dövlət və hökumət başçısı Azərbaycanda keçiriləcək tədbirdə iştirak edəcəklərini təsdiqləyib.

Qeyd edək ki, COP-29 konfransı noyabrın 11-22-də, liderlər sammiti isə noyabrın 11-13-də keçiriləcək.

Избранный
69
23
manset.az

10Источники