RU

80 ildən sonra üzə çıxdı: Nasist generalı Rommeli ələ keçirmək planının təfərrüatları

II Dünya müharibəsi zamanı nasist generalı Ervin Rommelin "öldürülməsi və ya qaçırılması" üçün həyata keçirilən əməliyyatın təfərrüatları 80 ildən sonra üzə çıxıb. Əməliyyatdan dəqiqə-dəqiqə əvvəl Rommelin hərəkətləri araşdırılarkən, onun Fransadakı qərargahında gəzərkən snayperlə vurulması planlaşdırılıb.

Qaynarinfo xəbər verir ki, II Dünya müharibəsi zamanı "Səhra tülküsü" ləqəbli nasist generalı Ervin Rommelin "öldürülməsi və ya qaçırılması" üçün İngiltərə ordusunun həyata keçirdiyi əməliyyatın təfərrüatları 80 ildən sonra ortaya çıxıb.

Nasist Almaniyasının lideri Adolf Hitlerin Şimali Afrikadakı qüvvələrinə komandanlıq edən mühüm zabitlərdən biri olan Rommeli ələ keçirmək üçün 6 komandodan ibarət xüsusi qrup yaradılıb.

İngilis "The Sun" qəzetində çıxan xəbərə görə, 1944-cü ilin iyununda Normandiya enişindən bir neçə həftə sonra yaranan komanda Fransada Sena çayının o tayındakı meşəyə snayper yerləşdirib. Snayperin vəzifəsi Rommeli 400 metrdən vurmaq olub.

Plana Rommelin ölü və ya diri ələ keçirildiyi təqdirdə, faşistlər tərəfindən işğal olunmuş Fransadan təyyarə ilə qaçaqmalçılıq yolu ilə çıxarılması daxildir.

Rommelin hərəkətləri təfərrüatlı bir kəşfiyyat faylı ilə izlənilib. Onun adətən səhər saat 5-6 arasında qalasından çıxıb axşam saat 6 radələrində geri döndüyü müəyyən edilib.

O, xüsusilə axşam saat 7.30-da yemək yedikdən sonra Sena çayının o tayında snayperlər üçün əlverişli olan ərazidə dolaşdığı qeyd edilib.

Yüksək riskli əməliyyat üçün paraşütlə atılan komandolar arasında britaniyalı kapitan Tom Mur, fransız kapitan Raymond Li, leytenant Robert Raillard, çavuş Pierre Durban, rusiyalı çavuş Fedossef və qaçaq alman serjantı Maks Mark da olub.

Komanda Parisin cənub-qərbindəki Dourdana eniş edib, lakin plan planlaşdırıldığı kimi getməyib. İyulun 25-də İngiltərə Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi hava hücumunda Rommelin ağır yaralandığı öyrənilib.

Komanda missiyanı ləğv etmək əvəzinə Fransa müqaviməti ilə əməkdaşlıq edərək təhlükəli əməliyyat keçirməyə qərar verib. Komanda Rommelin qərargahının yerləşdiyi nasist əsgərlərinin komanda mərkəzinə hücum edib.

Xəsarətlərinə baxmayaraq, komanda altı saatlıq münaqişədən sonra fermanın qərargahına çatıb və orada Rommeli tuta bilməyib. Rommel iyulun 20-də Hitlerə qarşı sui-qəsd planında iştirak etdikdən sonra 1944-cü ilin oktyabrında sianid həbi ilə intihar edib.

Aydın

Избранный
29
qaynarinfo.az

1Источники