RU

Putin: "Donbas və Novorossiyada rus dilini populyarlaşdırma mərkəzləri yaratmaq lazımdır"

Donbas və Novorossiya regionlarında açıq kitabxanalar bazasında rus dilini populyarlaşdırma mərkəzləri yaratmaq lazımdır.

Musavat.com rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasında rus dili və xalqların dillərinə dəstək üzrə Şura iclasında Prezident Vladimir Putin bəyan edib.

“Donetsk və Luqansk respublikaları, Xerson vilayəti və Zaporojyedəki açıq kitabxanalar bazasında rus dilinin və məşhur ədiblərimizin əsərlərinin populyarlaşdırılması üçün mərkəzlər yaratmaq düzgün olar,” - deyə Prezident bildirib.

Qeyd edək ki, Rusiya hökuməti son illərdə bu ərazilərdə yaşayan rusdilli əhalini dəstəkləmək, rus mədəniyyətini və dilini yaymaq istiqamətində müxtəlif tədbirlər görür. 2022-ci ildə  Donetsk, Luqansk, Xerson və Zaporojyenin Rusiyaya birləşdirilməsi cəhdləri Novorossiya anlayışının yenidən Rusiya siyasi ritorikasında istifadə edilməsinə gətirib çıxarıb. Bu, beynəlxalq səviyyədə geniş tənqid olunur və Ukraynanın suverenliyinə müdaxilə kimi qəbul edilir.

Afaq,
Musavat.com

Избранный
54
musavat.com

1Источники