RU

Nə Trampın, nə Harrisin dünyanı çiçəkləndirmək haqqında düşüncəsi yoxdur - RƏY

Dünya Trampın, yoxsa Harrisin seçkidə qələbə qazanacağı ilə bağlı nəticəni həyacanla gözləsə də heç birinin bu dünyanı çiçəkləndirmək haqqında düşüncəsi yoxdur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

"Biri (Harris) ABŞ-ın xarici siyasətinə fokuslandığı üçün seçildiyi halda yüksək gəlir vergisi və artan maliyyə yükləri səbəbindən ABŞ fond bazarına bəzi mənfi təsirləri olacaqdır. Və təbii ki, dünyada yenə qan su yerinə axacaq.

O biri (Tramp) seçilsə ABŞ-ın daxili iqtisadiyyatını gücləndirmək üçün tarifləri artırmaq, vergiləri azaltmaq və tənzimləmələri azaltmaq vədlərinə sadiq qalarsa, beynəlxaql öhdəliklərə və müqavilələrə diqqət azalacaq, xarici ticari rəqiblər əziləcək, fond bazarında artım dinamikası, eləcə də kriptovalyutalara qədər bir çox istiqamətlərdə aktivlik müşahidə ediləcək. Dünya üçün ən böyük önəmli olan əsas fərq isə bu olacaq ki, ikinci seçilərsə, müharibələrə daha az uşaq, daha az insan qurban gedəcək", - deyə o bildirib.

Избранный
42
operativmm.az

1Источники