RU

Ukrayna Təhsil Nazirliyi: tələbələr üçün ilkin hərbi hazırlıq tətbiq edilir

Ukrayna 2025-ci ildən yuxarı kurs tələbələri üçün məcburi ilkin hərbi hazırlığı tətbiq edəcək.

NOCOMMENT.az xəbər verir ki, bunu ölkənin təhsil nazirinin müavini Mixail Vinnitski deyib.

“Aydındır ki, biz birinci kurs tələbələrindən danışmırıq… çox güman ki, üçüncü kursdan danışırıq”, – RİA Novosti ondan sitat gətirir.

Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyi ərazilərin minalardan təmizlənməsinə qadınları, veteranları və əlilləri cəlb edəcəyini açıqlamışdı.

Ali Radanın deputatı Maryana Bezuqlaya Ukraynada qadınların səfərbər edilməsini dəstəkləyib.

Избранный
49
nocomment.az

1Источники