RU

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0201070312 ISIN kodlu, tədavül müddəti 728 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə İqtisadiyyat.az nazirliyə istinadən xəbər verir.

Məlumata görə, AZ0201070312 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 28,7 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 19,5 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 93,9345 (gəlirlilik 9,9178%) səviyyəsində müəyyən edilib.

İstiqrazların ödəmə müddəti 03 noyabr 2026-cı ildir.

Избранный
22
2
iqtisadiyyat.az

3Источники