Türkiyədə kubokunda IV mərhələnin püşkü atılıb.
İdman.biz xəbər verir ki, mərasimdə Azərbaycan millisinin futbolçularının da şərəfini qoruduğu klubların rəqibləri dəqiqləşib.
Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” “Karacabey Bələdiyəspor”la üz-üzə gələcək. Renat Dadaşov və Həsən Nəzərlinin heyətində yer aldığı "Ankaragücü" isə “Karşıyaka” ilə gücünü yoxlayacaq.
Qeyd edək ki, mərhələnin matçları dekabrın 3-5-də keçiriləcək.
İdman.biz