RU

İslam alimi: Planetin gələcəyi naminə birlikdə mübarizə aparmalıyıq

Beynəlxalq tədbirlər çərçivəsində dünya ekologiyasının qorunması mövzusunun müzakirə olunması məsələnin həllində müsbət nəticələr əldə etməyə kömək edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 5-də keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya dini liderlərinin qlobal Bakı Sammitinin açılış mərasimində Ümumdünya İslam Məzhəblərinin yaxınlaşdırılması Assambleyasının Baş katibi Hamid Azizollah Havali Shahriari deyib.

O, dünyanın bütün dinlərində ətraf-mühitin mühafizəsinin prioritet olduğunu diqqətə çatdıraraq əlavə edib: “Düşünürəm ki, bəşəriyyətin gələcəyi üçün təhlükə yaradan iqlim dəyişikliyi bütün dünyanın problemidir. Biz planetin gələcəyi naminə birlikdə mübarizə aparmalıyıq”.

Избранный
21
yeniazerbaycan.com

1Источники