RU

Zəfər günü ərəfəsində bir sıra QHT rəhbərləri ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Noyabrın 5-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinintəşkilatçılığı ilə şəhid ailələri, müharibə veteranları iləişləyən, hərbiyönümlü istiqamət üzrə fəaliyyət göstərən bir sıraQHT-lərin rəhbərləri, ekspertlər və blogerlərlə görüşkeçirilib.

Bu barədə Trend-əMüdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan Respublikasının PrezidentininAdministrasiyanın, Müdafiə Nazirliyinin, Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrəDövlət Xidmətinin, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin, AzərbaycanHəmkarlar İttifaqları Konfederasiyasının məsul şəxsləri də iştirakedib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin,torpaqlarımızın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrundacanını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yadedilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Müdafiə Nazirliyinin Şəxsi Heyət Başİdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov bildirib ki,vətəndaş cəmiyyəti təmsilçiləri ilə bu görüş AzərbaycanRespublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovunmüvafiq qərarı ilə təsdiq edilmiş Müdafiə NazirliyininKommunikasiya Strategiyasına uyğun olaraq keçirilir. General-mayorM.Məmmədov bu Strategiyadan irəli gələn vəzifələrin icrası iləbağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflıməlumat verib.

Baş İdarə rəisi deyib ki, Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevinrəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbətariximizə qızıl hərflərlə həkk olub.

Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiyaşöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev bu formatdagörüşün, birbaşa müzakirələrin təşkilinin mühüm əhəmiyyətdaşıdığını bildirib, müvafiq gözləntiləri diqqətə çatdırıb.
Görüşdə aidiyyəti dövlət qurumlarının nümayəndələri QHT-lərin,ekspertlərin və blogerlərin suallarını cavablandırıb, təkliflərdinlənilib, müvafiq qeydlər götürülüb.

Müzakirələrdə xüsusi vurğulanıb ki, bu gün Prezident, SilahlıQüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilədövlət-xalq-ordu birliyi möhkəmdir və sarsılmazdır, tarixi ZəfərAzərbaycanı yeni inkişaf müstəvisinə qaldırıb.

Analoji görüşlər davam etdiriləcək.

Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Избранный
35
7
az.trend.az

8Источники