Bu gün futbol üzrə Türkiyə Kubokunda 2024/2025-ci illər mövsümünün 4-cü təsnifat mərhələnin püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, mərasimdə Azərbaycan millisinin futbolçularının şərəfini qoruduğu klubların da rəqibləri dəqiqləşib.
Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” “Karacabey Bələdiyəspor”la üz-üzə gələcək.
Renat Dadaşov və Həsən Nəzərlinin heyətində yer aldığı “Ankaragücü” isə “Karşıyaka” ilə gücünü yoxlayacaq.
Qeyd edək ki, Türkiyə Kubokunda 4-cü təsnifat mərhələsinin oyunları dekabrın 3-5-də keçiriləcək.
Türkiyə Kuboku
4-cü təsnifat mərhələsi
Bandırmaspor – Karacabey Belediyespor
Çaykur Rizəspor – Silivrispor
Qaziantep FK – Batman Petrolspor
Ankara Dəmirspor – Kastamonuspor
Yeni Mersin İdmanyurdu – Kırklarelispor
Keçiörengücü – Beyoğlu Yeni Çarşı
Samsunspor – Orduspor
Antalyaspor – Sinopspor
Konyaspor – Kəpəzspor
Adana Dəmirspor – Sebat Gənclikspor
Hatayspor – Osmaniyəspor
Alanyaspor – Fəthiyespor
Karşıyaka – Ankaragücü
Sincan Bld. Ankaraspor – Etimesgut Belediyespor
Amed Sportif – Adana 01 FK
Çorluspor 1947 – Manisa FK
İstanbulspor – Alanya 1221
Iğdır FK – Muşspor
Menemen FK – Elazığspor
Fatih Karagümrük – Sarıyer
İskəndərunspor – Tire 2021 FK
Ərzurumspor – Ayvalıkgücü Belediyespor
Karaman – Esenler Erokspor
Ümraniyəspor – Isparta 32 Spor
1461 Trabzon FK – Kırıkkale
Gənclərbirliyi – Belediye Kütahyaspor
Anadolu Üniversitesi – Bucaspor
Ərzincanspor – Karaköprü Belediyespor
Bursaspor – Vanspor